[:az]“Polis Müsavatın Nərimanov təşkilatının sədrini hədələyib”[:]

tərəfindən Gozetci

[:az]Bu gün Müsavat Partiyasının Nərimanov rayon təşkilatının sədri Namiq Niftiyev Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinə çağırılıb və polis bölməsində ona hədə-qorxu gəliblər.

Bu haqda Müsavat başqanının müavini Fərəc Kərimli məlumat yayıb.

“Namiq bəyə “ağıllı olmasan səni “istirahətə” göndərəcəyik” deyiblər. Müsavat Partiyasına hərtərəfli hücumlar davam edir” – deyə Fərəc Kərimli özünün feysbuk səhifəsində yazıb.

Bu gūn Müsavat Partiyası Şəki təşkilatının sədri Bakıxan Qəribli də yerli polis idarəsinə çağırılıb.

“Özünü polis mayoru kimi təqdim edən Aqil Cəfərov adlı şəxs məndən şikayət olunduğunu, şəxsiyyət vəsiqəmi götürərək saat 15:00-da Şəki polisinə gəlməyimi istədi”, – deyə, Bakıxan Qəribli özünün feysbuk səhifəsində yazıb. Təşkilat sədri deyilən vaxt polisə gedəcəyini də bildirib.

***

Bu gūn Müsavat Partiyası Şəki təşkilatının sədri Bakıxan Qəribli yerli polis idarəsinə çağırılıb.

“Özünü polis mayoru kimi təqdim edən Aqil Cəfərov adlı şəxs məndən şikayət olunduğunu, şəxsiyyət vəsiqəmi götürərək saat 15:00-da Şəki polisinə gəlməyimi istədi”, – deyə, Bakıxan Qəribli özünün feysbuk səhifəsində yazıb. Təşkilat sədri deyilən vaxt polisə gedəcəyini də bildirib.

Basta

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az