[:az]Vəfat etmiş keçmiş siyasi məhbus Elnur Fərəcovun doğum gününün keçirilməsinə icazə verilmir[:]

tərəfindən Gozetci

[:az]Bu barədə AXCP sədri Əli Kərimli məlumat verib. Partiya sədrinin bildirdiyinə görə Neftçala rayon Polis İdarəsinin rəisi Vüsal Şəbəndiyev Elnurun atası Hüseyn Fərəcovu polis idarəsinə çağıraraq təhdid edib ki, oğlunun ad günündə heç bir anım mərasimi keçirilə bilməz. Məzarı üstünə də yalnız ailə üzvlәri gedə bilər. Əli Kərimli polis rəisinin bu əmələ görə cəzalandırılmalı olduğunu bildirib.

AXCP üzvü Elnur Fərəcov 2016-cı ilin 7 dekabrında narkotik ittihamı ilə həbs edilib. O, Siyasi Məhbus Siyahısı üzrə İşçı Qrup və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Həbsxana şəraitində xərçəng xəstəliyinə tutulan gənc fəal həbsdə olarkən aylarla səhvən vərəmdən müalicə olunub. Prezidentin 25 may 2018-ci il əfv sərəncam ilə azadlığa buraxılan fəal azad ediləndən 3 ay sonra dünyasını dəyişib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az