[:az]Azər Qasımlı sərhəddə problemlə üzləşdiyini deyir[:]

tərəfindən Gozetci

[:az]Samirə Qasımlı : “ Problem aradan qalxıb”

İyulun 28-də günorta ReAL Partiyasının Məclis sədri Azər Qasımlı Gürcüstana gedib.

Bu barədə Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bildirib.Onun sözlərinə görə, sərhəddə yaranan problem, artıq aradan qalxıb. “Azər Qasımlı artıq Gürcüstandadır, heç bir problem yoxdur”, deyə o vurğulayıb.

***

İyulun 28-də günortaya yaxın ReAL Partiyasının Məclis sədri Azər Qasımlı Azərbaycan-Gürcüstan sərhədində yenidən problemlə üzləşdiyini açıqlayıb.

Azər Qasımlı hazırda sərhəd keçid məntəqəsində olduğunu bildirib.

ReAL Partiyası Məclisinin sədrinin deməsinə görə, yenə Gürcüstana keçmək istəyib və onu təkrar buraxmayıblar. Azər Qasımlının bildirməsinə görə, ona yenə deyiblər ki, DTX ölkədən çıxışına qadağa qoyub.

ReAl Partiyası Məclisinin sədrinin qeyd etməsinə görə, məhkəmə hökmünü göstərsə də, ona cavab veriblər ki, qərar prokurorluğun qadağasının götürülməsi barədədir, DTX-nın yox.

Bu açıqlamaya da, hələlik, DTX-dən hər hansı münasibət almaq mümkün olmayıb.

***

Azər Qasımlı sərhəddə saxlanıb, buraxıldığını deyir
İyulun 28-də ReAL Partiyasının Məclis sədri Azər Qasımlının Azərbaycan-Gürcüstan sərhədində saxlandığı bildirilir.

Bu barədə onun özü Azadlıq Radiosuna məlumat verib.

Azər Qasımlının deməsinə görə, sərhəddə bildiriblər ki, Prokurorluğun ona qoyduğu qadağa götürülsə də, 5 gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti (DTX) onun ölkədən çıxışını əngəlləyib:

“Bu barədə mənə sərhəd xidmətin əməkdaşlatı dedi. Saxlanmışdım. DTX nümayəndəsini gözlədim. Bir saat sonra DTX-nin nümayəndəsi gəldi. Dedi ki, anlaşılmazlıq olub, sərbəstsiniz. Hazırda sərbəstəm “.

Azər Qasımlının sözlərinə görə, hətta onu ötürməyə təklif ediblər:

“Lakim bildirdim ki, mənim ölkədən çıxmaq niyyətim yox idi. Sadəcə qadağa olub olmamadsını yoxlamaq istəyirdim”.

ReAL Partiyasının Məclis sədrinin bu dediklərinə, hələlik, DTX-dən münasibət almaq mümkün olmayıb.

Xatırlatma
Bundan iki həftə öncə, iyulun 12-də Nəsimi Rayon Məhkəməsinin ReAL Partiyasının Məclis sədri Azər Qasımlının ölkədən çıxışına qadağanı ləğv etdiyi açıqlanmışdı. Həmin vaxt A.Qsaımlının bildirməsinə görə, Babək Pənahovun sədrliyi ilə keçirilən proses cəmi 3 dəqiqə çəkib və hakim Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin ölkədən çıxışına qoyduğu qadağanın ləğvi barədə qərar çıxarıb. « Bu, artıq 5-ci proses idi və hər dəfə prokurorluğun nümayəndələri gəlmədiklərinə görə, təxirə salınırdı. Nümayəndə bu gün də gəlmədi, amma proses keçirildi.», – Məclis sədri söyləyib.

Baş Prokurorluq sözügedən qadağanı A.Qasımlının adının bir cinayət işində keçməsi ilə əlaqələndirirdi.

2018-ci ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsi də A.Qasımlının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hüquqlarının pozulmasını tanımışdı. Amma siyasətçi xaricə çıxsış imkanı əldə edə bilmədiyini söyləyirdi.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az