[:az]Direktor həbsxanaya salınmayacaq, ‘müddət ötüb'[:]

tərəfindən Gozetci

[:az]İyulun 19-da Bakıdakı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın həbsi üçün verilən şikayətə baxılıb. Söhbət 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etdiyi təhsil ocağının rəhbərindən gedir. Mərhum məktəblinin anası Sevil Hüseynovanın vəkilləri Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Həmin qərarla S.Abbasova haqqında ev dustaqlığı qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. S.Hüseynova isə direktorun həbsini tələb edir.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb, amma təmin olunmayıb. AzadlıqRadiosuna danışan vəkillərin bildirdiyinə görə, məhkəmə şikayətvermə müddətinin ötürüldüyünü əsas gətirib.

«Sən demə, ev dustaqlığının uzadılması barədə qərar iyulun 9-da qəbul edilib. Bizim xəbərimiz olmayıb. Bu cür qərarlardan şikayət müddəti 3 gündür. Müddət də iyulun 12-də bitib. Biz ev dustaqlığının uzadılmasından ayın 13-də xəbər tutub, elə həmin gün də şikayət vermişdik. Hətta vaxt itirməmək, müddəti ötürməmək üçün qərarın surətini almaqdan ötrü müstəntiqə də müraciət etməmişdik. Ümumi əsaslarla şikayətimizi yazmışdıq», – vəkil Sevinc Əliyevanın sözləridir.

Müdafiəçi deyir ki, müddətin bərpasından ötrü Səbail Rayon Məhkəməsinə müraciət edəcək və müddət bərpa ediləndən sonra yenidən ev dustaqlığı qərarından şikayət verəcəklər.

Elinanın anası S.Hüseynova deyir ki, qızının ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru S.Abbasovanın həbs edilməməsini anlamır:«İstəyirəm ki, bütün günahkarlar cəzalandırılsın. Direktorun ev dustaqlığına buraxılması məni, ümumiyyətlə, qane eləmədi. Həbs olunmalıdır. Bəlkə də onun arxasında kimlərsə dayanır ki, özünə arxayındır».[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az