[:az]Elçin Sadıqovu fərdi vəkil xidmətləri göstərmək imkanlarından məhrum edirlər[:]

tərəfindən Gozetci

[:az]Vəkil Elçin Sadıqov sentyabrın 1-dən Mərkəzi Hüquq Bürosuna (keçmiş 1 saylı hüquq məsləhətxanası) keçiriləcək. Bu qərar Vəkillər Kollegiyası tərəfindən onun razılığı olmadan qəbul edilib.

Vəkil Turan-a bildirib ki, sentyabrın 1-dən o, qeyri- iş vaxtlarında, qeyri- iş günlərində müştərilərlə müqavilə bağlaya bilməyəcək, həmçinin əhaliyə pulsuz hüquqi yardım göstərə bilməyəcək.

“Vәtәndaşlar ən azı vəkil bürosunun müəyyən etdiyi minimal məbləğləri ödəməlidirlər. Bu o demәkdir ki, aztəminatlı şəxslər müdafiəsiz qalacaq”, – E.Sadıqov bildirib.

Onun sözlərinə görə, Kollegiyada bu qərarı fərdi vəkillik fəaliyyətinin ləğvi cəhdləri ilә izah ediblər.

Lakin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun vәkillәrin fәrdi fәaliyyәtini nәzәrdә tutur.

E.Sadıqova irad tutulub ki, Göygöl rayonunda qeydiyyata olduğu halda Bakıda vəkil xidmətləri göstərir.

“Mәn öz növbәdә bildirdim ki, Göygöl rayonunda da ofisim var və apardığım işlərin yarıdan çoxu Göygöl və ətraf rayonların sakinlərinin işləridir. Bundan başqa qanunla bu, qadağan olunmayıb”, – vəkil deyib.

Vәkillәr Kollegiyasından şərh almaq mümkün olmayıb.

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az