Azər Qasımlının ölkədən çıxış qadağası ləğv edilib

tərəfindən Gozetci

[:az]

Foto: Azər Qasımlı Facebook hesabı

REAL Partiyası Məclis başqanı üzvü Azər Qasımlının ölkədən çıxış qadağası ləğv edilib. O bu barədə özünün “Facebook” hesabında məlumat paylaşıb:

“Nəsimi Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin ölkədən çıxışıma 3 il əvvəl qoyduğu qadağanı ləğv etdi! Məhkəmə vaxtında başladı və 5 dəqiqə sürdü. Lakin bu hələ ölkədən çıxa bilmə anlamına da gəlmir. Çünki məhkəmə qərarından sonra da problemlər yaradırlar. Hər bir halda yolumuza davam. Hər şey yaxşı olacaq!”

Qeyd edək ki, REAL Partiyası Məclis başqanı üzvü Azər Qasımlı 29 sentyabr 2016-cı ildə konfransda iştirak etmək məqsədilə Böyük Kəsik sərhəd postundan ölkəni tərk edib Gürcüstana getmək istəyərkən sərhədçilər ona baş Prokurorluq tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.  O, 7 mart 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Məhkəmə 13 dekabr 2018-ci ildə şikayəti təmin edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az