[:en]Azerbaijan Must Fulfill Its Commitments to Council of Europe – Stefan Shennach[:az]Stefan Şennak: Hər bir üzv ölkə Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməlidir[:]

tərəfindən Gozetci

[:en]The themes of meetings and negotiations in Baku of the monitoring mission of the Council of Europe were traditional: human rights, democracy issues, and the rule of law. Not only the agenda has not changed, but also the meeting places: the presidential administration, the Prosecutor General”s Office, the Ministry of Internal Affairs, and the Supreme Court. The speaker of the PACE Monitoring Committee on Azerbaijan Stephan Shennach said this in an interview with Turan and Radio Voice of America.

He noted that he had met not only with officials, but also with human rights activists, journalists, and representatives of civil society.

The topic of the meetings was also the problem of political prisoners, some of whom were released due to the latest act of pardon on the eve of Novruz, Shennach said.

Welcoming this decision, the speaker stressed that this act did not fully resolve the issue of political prisoners in Azerbaijan.

He expressed regret that he was not given the opportunity to visit a number of political prisoners, including Said Dadashbeyli, Afgan Mukhtarly, and Seymour Hazi.

“This was the first time when my appeal about visiting prisons remained unanswered,” Shennach noted with regret.

When asked how he assesses the state of freedoms in Azerbaijan, the speaker said that there is still much to be done. He called on the country’s authorities to resume cooperation and dialogue with the Council of Europe, making it clear that many meetings in Baku were of a formal nature.

In his opinion, Azerbaijan has a long way to go along the path of improving its legal system. To this end, it is necessary to adopt the recommendations of the Venice Commission on the improvement of the electoral legislation in the field of NGOs and law enforcement agencies.

“Often in your country such recommendations are regarded as criticism. However, each member of the Council of Europe, when he enters the organization, assumes both responsibilities and is obliged to observe them.

How can you ignore the decisions of the European Court of Human Rights for years?” Shennach stressed, citing the Ilgar Mammadov case as an example.

In conclusion, the speaker noted that he plans to prepare a large report on Azerbaijan for the June PACE session in 2020

Turan[:az]

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisinin Amerikanın Səsinə müsaibəsi

Avropa Şurası Parlament Assambleyasınımn Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Amerikanın Səsinə və Turan agentliyinə müsahibəsində ölkənin öhdəlikləri, insan hüquqları və demokratiya məsələlərindəın danışıb. Cənab Şennak Azərbaycana səfərinin yekunları barədə də məlumat verib.

Sual: Sizin Azərbaycanda keçirdiyiniz görüşlərin mövzusu nə olub?

Cavab: Görüşlərimizin siyahısı həmişəki kimi idi. Yəni hər dəfə Azərbaycana gələndə bundan əvvəlki səfərdəki təsüratımızı müqayisə edirik. Görüşlərimiz də ənənəvi olaraq rəsmi qurumlar və eləcə də QHT-lər, hüquq müdafiəçiləri və mətbuat nümayəndələri ilə keçirilir. Bu dəfə də biz, həmişəki kimi, Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi, Prokurorluq, Ali Məhkəmə və digər qurumlarda görüşlərdə olduq.

Sual: Müzakirə etdiyiniz mövzular hansılar idi?

Cavab: Müzakirə etdiyimiz mövzular prezidentin sərəncamı, bir sıra cinayət hərəkətlərinin dekriminallaşdırılması. Biz şadıq ki, artıq əvvəllər cinayət sayılan 15 hərəkət dekriminallaşdırılıb və bu proses davam etməkdədir. Daha sonra biz hüquq mühafizə orqanlarına olan etibarın və şəffaflığın artırılmasını müzakirə etdik. Təbii ki, siyasi məhbuslar kimi ciddi məsələ də kənarda qalmadı. Belə ki, Novruz bayramı ərəfəsində edilən əfv bizi çox sevindirir, lakin bu problem hələ də tam həll olunmamış qalır. Bir də şəxsən mənə əvvəllər həbsdə olan insanlarla indi azad və rahat şəraitdə görüşüb, söhbət etmək nəsib oldu. Belə ki, İlqar Məmmədov və İlkin Rüstəmzadə ilə gözəl və səmimi görüşlərimiz oldu. Çünki bu gənclər heç nədən həbs edilmişdilər. Yalnız ona görə ki, söz azadlığı və ifadə azadlıqlarından istifadə etmək istəmişdilər.

Daha bir ciddi məsələ hansını ki, biz müzakirə edirdik, bu da “Nardaran məhbus”ları idi.

Sual: Bu dəfə Əfqan Muxtarlı və Seymur Həzi kimi siyasi məhbuslarla görüşmək kimi imkanlarınız oldumu?

Cavab: Biz, bu barədə müraciət etmişdik, lakin ilk dəfə idi ki, bizə məhbuslarla görüşmək imkanı verilmədi. Bu məni məyus edir, çünki biz Qobustan həbsxanasında Səid Dadaşbəyli, Əfqan Muxtarlı və digər məhbuslarla görüşmək istəyirdik. Dediyim kimi ilk dəfə bizə belə imkan yaratmadılar. Əvəzində isə bizə polisin müvəqqəti saxlama yerinə baş çəkməyə imkan yaratdılar.

Sual: Ümumiyyətlə Azərbaycanda insan haqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Mən belə deyərdim, yaxşılaşdırmaq üçün xeyli imkan var. Yəni, biz, hakim olmaq istəmirik. Lakin vəziyyətin yaxşılaşdırılması istiqamətində məsləhətlər verə bilərik. Söhbət demokratiya, insan haqları, qanunun aliliyi və digər məsələlərdən gedir. Bu səfərin nəticəsi olaraq mən qısa hesabat hazırlayacam. Lakin gələn il üçün Azərbaycanla bağlı geniş hesabat hazırlanıb Avropa Şurasının sessiyasına təqdim ediləcək. Ümid edirəm ki, Azərbaycan bizim monitorinq missiyamızla əməkdaşlığa qayıdacaq. Çünki, bu dəfə mən bunu hiss eləmədim. Görüşlər və danışıqlar protokol çərçivəsində formal keçdi.

Sual: Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi insan haqları ilə bağlı proyektlər nə dərəcədə xeyrlidir? Nəzərə alsaq ki, məhz elə Avropa Şurasının özü Azərbaycanı insan haqlarının pozulmasında tez-tez günahlandırır.

Cavab: Sovet höküməti dağıldıqdan sonra yeni müstəqil dövlətlər yeni dövlət sisteminə keçməliidr. Bu yol uzundur. Geci-tezi siz müstəqil prokurorluq, müstəqil məhkəmələr anlayışını qəbul etməlisiniz. Bu baş verməsi üçün QHT-lər və dövlət qurumları müəyyən treyninqlərdən keçməlidir. Biz çox ümid edirik ki, qanunun aliliyi get-gedə inkişaf edəcək və sizin ölkədə qəbul edilmiş sistemə çevriləcək. Bizim proyektlərin məqsədi bundan ibarətdir. Bundan əlavə, biz bilirik ki, sizin ölkədə QHT-lərin vəziyyəti nə qədər çətindir. Bizim digər istiqamətdə gördüyümüz işlərin məqsədi vətəndaş cəmiyyətinin vəziyyətini yaxşılaşdırmaq məqsədi güdür. Belə ki, səfər zamanı biz seçki qanunu, siyasi partiyalar haqqında qanun və digər sənədlərin tətbiqi ilə bağlı danışıqlar aparırıq. Lakin bunların baş verməsi üçün bizim sizinlə əməkdaşlığımız dəyişməlidir. Belə ki, vaxtı ikən Venesiya Komissiyası sizin hökümətə verdiyi tövsiyyələr qəbul edilsin. Biz sizin ölkədə keçirilən seçkiləri tənqid etməyək. Belə olmaq üçün, təkrar edirəm, siizn hökümət bizimlə dialoq aparmalıdır.

Biz sizin höküməti buna məcbur edə bilmərik. Lakin, biz də, siz də çox yaxşı bilirik ki, insan haqları, demokratiya və azadlıqların təmin edilməsi sayəsində hələ xeyli işlər görülməlidir. Məhz buna görə də biz sizi əməkdaşlığa və dialoqa çağırırq.

Sual: Hesabatınızı nə vaxt təqdim etməyi planlaşdırırsınız?

Cavab: Avropa Şurasının qaydalarına görə hesabat hər 2-3 ildən bir təqdim edilməlidir. Mən belə planlaşdırıram ki, bizm hesabat 2020-ci ilin iyun ayında təqdim ediləcək.

Sual: Avropa Şurası Azərbaycanda demokratiyanın güclənməsini necə görür?

Cavab: Təkrar edirəm ki, biz sizi heç nəyə məcbur etmirik. Bizim gördüyümüz işlər bir məqsəd daşıyır. Sizin ölkədə vəziyyətin yaxşılaşdırılması. Çox vaxt sizin ölkədə bizim təkliflərimizi tənqid və təzyiq kimi qəbul edirlər. Bu, belə deyil. Çünki Avropa Şurasına qoşularkən sizin ölkə öz üzərinə müəyyən öhdəliklər götürüb, -insan haqları və demokratiya sahəsində. Bu öhdəlikləri hər bir ölkə yerinə yetirməlidir.

Misal üçün, Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə oynamaq olmaz. Onları həyata keçirmək lazımdır. Bu da üzv ölkənin öhdəliklərindən biridir. Belə ki, İlqar Məmmədovun məsələsi 3 il idi ki, mənim gündəliyimdə birinci yerdə iid. Çünki sizin hökümət Avropa Məhkəməsinin qərarını yerinə yetirmək istəmirdi. Belə olmaz. Qərarı yerinə yetirmək əvəzinə, bizi ikili standartlarda günahlandırırsız. Bu haqsızlıqdır. Mən istərdim ki, gün gəlsin və sizin vətəndaşlar müstəqil məhkəmə və haqq-ədalətlə işləyən hüquq mühafizə orqanları əldə etsinlər.

Amerikanın Səsi

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az