[:az]Azad Həsənovun məhkəməsi iyulun 15-də davam edəcək[:]

tərəfindən Gozetci

[:az]

Azad Həsənov, Foto: Meydan tv

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Müsavat Partiyası fəalı Azad Həsənovun məhkəmə prosesi davam edib. Vəkil Osman Kazımov məhkəmədə Azad Həsənovun qardaşının “102” xidmətinə etdiyi zənglə bağlı audio yazı səsləndirildiyini bildirib.

“Məhkəmə prosesində polis işçiləri ifadə vermişdilər ki, guya Azad Həsənov saxlanılan kimi dərhal ailə üzvlərinə və yaxın qohumlarına məlumat verilib. Bununla əlaqədar biz sübüt təqdim etdik. Müəyyən olundu ki, polis işçiləri məhkəmə prosesində yalan ifadə veriblər”

Hakim İradə Həsənzadə deyib ki, əvvəlki ikisinə cavab verilmədiyinə görə üçüncü dəfə də polis idarəsinə sorğu göndərəcəklər. Bu üzdən məhkəmə iyulun 15-nə saxlanılıb.

Xatırladaq ki, Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az