[:az]AXCP SƏDRİ ƏLİ KƏRİMLİ SƏRBƏST BURAXILIB[:]

tərəfindən Gozetci

[:az]Binəqədi polis idarəsinə aparılan AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. Ə.Kərimli bildirib ki, hüquq mühafizə orqanları “Həmrəylik Marafon”u ilə yürüşü səhv salıblar.

“Onlar xeyriyyə marafonu ilə yürüşü qarışdırıblar. Mənə bildirdilər ki, guya biz yürüş keçirib idarə və müəssisələrin işini pozmaq istəmişik. İctimai qaydanı pozmağa çalışmışıq. Mən də izah etdim ki, bizim heç bir qanunsuz hərəkətimiz olmayıb. Biz yürüş keçirəndə onu bəri başdan bəyan edirik”

Xatırladaq ki, etiraz aksiyalarında cərimələnən siyasi və ictimai fəalların cərimələrini ödəmək məqsədi ilə bu gün Müsavat partiyası qərargahında “Həmrəylik Marafon”u keçirilib. Toplantı zamanı AXCP sədri Əli Kərimli, AXCP üzvü Ruslan Əmirov, junalist Fatimə Mövlamlı və Nurlan Libre polis idarəsinə aparılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az