[:az]Əli Kərimli Müsavatın qərargahı önündə saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.

Müsavat Partiyasının qərargahında bu gün keçirilən “Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Onunla yanaşı AXCP üzvü Ruslan Əmirov, junalist Fatimə Mövlamlı və Nurlan Libre də polis idarəsinə aparılıb. Nurlan Libre bir neçə dəqiqə sonra sərbəst buraxılıb.

Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq Radiosu” canlı yayımında  bildirib ki, hələlik “Həmrəylik Marafon”nu dayandırmaq məcburiyyətindədirlər.

Müsavat partiyası başqan müavini Fərəck Kərimlinin məlumatına görə Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli isə Binəqədi rayon icra və probasiya şöbəsinə çağırılıb

Xatırladaq ki, etiraz aksiyalarında cərimələnən siyasi və ictimai fəalların cərimələrini ödəmək məqsədi ilə bu gün Müsavat partiyası qərargahında “Həmrəylik Marafon”u keçirilib

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az