[:az] “Sədərək” Ticarət Mərkəzində sahibkarlar narazıdır[:]

tərəfindən Gozetci

[:az]“”Sədərək” Ticarət Mərkəzində bir çox sahibkarlar vergi ilə bağlı narazılıq edir”.

Bunu Azadlıq Radiosuna həmin ticarət mərkəzindən adının çəkilməsini istəməyən sahibkarlardan biri deyib.

Onun qeyd etməsinə görə, hətta bu gün, iyunun 24-də bəzi sahibkarların etiraz aksiyası da gözlənirdi, amma bu təxirə salınıb. Həmin şəxsin bildirməsinə görə, bununla belə bəzi sahibkarlar mağazalarının qapısını bağlayıblar.

Sahibkarın deməsinə görə, narazılığa səbəb Vergilər Nazirliyinin mərkəzdə fəaliyyət göstərən mağazalara kassa aparatları qurşadırmaq təklifi olub:

“Bizdə belə idi ki, həm icarə haqqını, həm də vergiyə cəlb ediləcək maliyyə vəsaitlərini Ticarət Mərkəzinin məsul etdiyi şəxslər yığırdılar. Amma indi Vergilər Nazirliyinin təmsilçisi, vergiyə cəlb ediləcək vəsaitlərin toplanması üçün mağazalara kassa aparatları qoyulacağını bildirdi”.

Verilən məlumata görə, mağazalara kassa aparatlarının quraşdırılması sahibkarları narazı salıb, buna etiraz etmək, mağazaları bağlayaraq işə çıxmamaq istəyiblər. Sahibkarlardan birinin sözlərinə görə, bu onların qazanclarının azalmasına gətirib çıxacaq. Onun qeyd etməsinə görə, sahibkarlar gömrükdə də onlara problemlər yarandığını bildiriblər.

Amma bütün bu deyilənlərə, hələlik, “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyindən, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.

Hələ 2018-ci ildə Vergilər Nazirliyi geniş islahat proqramı hazırlandığını açıqlayıb. Nazirlikdən bildirilib ki, əsas məqsəd ölkədə mövcud olan “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaq, qeyri-leqal gəlirləri vergiyə cəlb etməkdir.

“Sədərək” Ticarət Mərkəzi 1995-ci ildə Bakının Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlayıb. Sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb. Bu ölkənin ən böyük təcarət mərkəzlərindən sayılır. “Sədərək” Ticarət Mərkəzində bundan əvvəl də kassa apartlarının qurşdırılması gündəmə gəlib.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az