[:az]Elina Hacıyevanın işi üzrə ekspertiza yekunlaşıb[:]

tərəfindən Gozetci

[:az]162 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi çәrçivәsindә təyin edilmiş ekspertiza yekunlaşıb. Bu barədə məlumat verən vəkil Emin İsayevin sözlərinə görә, ekspertizanın nәticәlәri bir sira məsələlərdə özünü göstərəcək. Vəkilin vurğulamasına görə, bura hadisə zamanı həkim səhlənkarlığının olub-olmaması, həmçinin, cinayət işinə digər şəxslərin cəlbinə ehtiyac yaranıb-yaranmaması daxildir.

Emin İsayev bildirib ki,  E.Hacıyevanın qəbrinə müdaxilə ilə də bağlı narahatlıq var. Onun sözlərinə görә, qəbri valideynləri ziyarət edən zaman bəzi hallar müəyyən olub: «Qəbrin üstündə dağıntı әlamәtlәri var idi. Bununla bağlı dərhal polisə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hәrәkәt) maddəsi ilə cinayət işi başlanıb».

Həmin maddə üzrə ittiham edilən şəxsə 2 ilədək islah işləri və ya 5 ilədək həbs cəzası verilə bilər.

Vəkilin bu açıqlamasına, hələlik, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az