131
[:az]İyunun 14-də gündüz saatlarında paytaxtın Yasamal rayonunda Xədicə adlı 19 yaşında qız, ardınca isə anası – 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva yaşayış binasının 10-cu mərtəbəsindən özünü atıb.
Bakı şəhər Prokurorluğunun məlumatına görə, faktla bağlı CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Ekspertizalar təyin edilib.
Bəzi mənbələrə görə, həlak olanlar Prezident Administrasiyasının İşlər İdarəsinin “Respublika” qəzetinin redaktor müavininin həyat yoldaşı və qızıdır.
TURAN[:]