[:az]Fuad Abbasov Bakıya deportasiya edilir[:]

tərəfindən Gozetci

[:az]Ötən gün Moskva Vilayət Məhkəməsi azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası ilə bağlı şikayətini təmin etməyib. Bu barədə onun vəkili Teyyub Şərifov bildirib.

Onun sözlərinə görə, jurnalist üçün bilet alınıb və iyunun 8-nə keçən gecə o, aviareyslə Rusiyadan Bakıya deportasiya ediləcək.

Jurnalist Fuad Abbasov 2015-ci ildə Rusiya telekanallarında Rusiya hərbi təyyarəsinin Türkiyədə vurulmasının müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.

F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilirdi.

Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.

Son vaxtlar Fuad Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməsinə görə tənqid edib və Rusiyada yaşayan azərbaycanlıların partiya yaradacağını anons edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az