[:az]Yanğına görə həbs olunan şirkət rəhbəri buraxılıb[:]

tərəfindən Gozetci

[:az]2015-ci ilin mayında Bakıda 16-mərtəbəli binada 15 nəfərin öldüyü yanğına görə cəzalandırılan Miryusif Mahmudov cəzasının yarısını çəkəndən sonra azadlığa buraxılıb.

M.Yusifov binanı üzləmiş «Global Construction» və həmin poliuretan üzlükləri istehsal edən «Global Stone» şirkətlərinin rəhbəridir. Ekspertiza rəy vermişdi ki, yanğın binaya bitişik tikilinin damındakı zibil qalağına görə başlayıb, poliuretan üzlüklərə görə sürətlə yayılıb və nəticə də ağır olub.

M.Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. CM-nin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanan M.Mahmudov özünü təqsirli bilmirdi. Deyirdi ki, o yanğın Avropa Oyunları öncəsi ölkədə qarışıqlıq yaratmaq məqsədilə qəsdən törədilib. O, buna görə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu ittiham edirdi.

Əmlak müsadirədən azad olunub
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudovun əmlakı da müsadirə olunmuşdu. Çünki yanğından ziyan çəkən ailələrə dövlət hesabına yardım göstərilmiş, hadisədən sonra bina da dövlətin vəsaiti ilə təmir olunmuşdu.

Ancaq Ali Məhkəmə hökmün əmlak müsadirəsi ilə bağlı hissəsini ləğv edib. Təkcə M.Mahmudov yox, bu işə görə təqsirli bilinib əmlakı müsadirə olunan digərlərinə münasibətdə də eyni qərar verilib. Bina yanğınına görə cəzalandırılanlardan Ələkbər Əsgərov da bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb. Ondan əvvəl isə 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov azadlığa buraxılmışdı.

15 nəfərin öldüyü, 50-yə yaxın adamın xəsarət aldığı yanğına görə adları çəkilən şəxslərdən əlavə, «Qlobal Stone» MMC-nin baş direktorun müavini Uğur Bəşirov (Miryusif Mahmudovun bacısı oğlu-red.), Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, poliuretan məmulatlarının sınaq yoxlamalarını keçirən «Dərnəgül Boru Zavodu» QSC-nin sınaq laboratoriyasının müdiri işləmiş Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru Akif Əlibəyov da cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Sözügedən yanğından sonra Bakıda poliuretan materiallarla üzlənmiş binaların hamısından üzlüklər sökülüb.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az