[:az]Fuad Abbasovun Rusiyadan deportasiya ediləcəyi tarix məlum olub[:]

tərəfindən Gozetci

[:az]Jurnalist üçün Bakıya təyyarə bileti alınıb

Azərbaycanlı jurnalist Fuad Abbasovun Bakıya göndərilməsindən ötrü ona mayın 31-nə təyyarəyə bilet alınıb.

Məlumatı “Report”a Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinin üzvü, “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov bildirib.

O, bildirib ki, Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu şikayətlə bağlı məktub sabaha qədər təcridxanaya daxil olmasa, Fuad Abbasov mayın 31-də Bakıya göndəriləcək.

Fuad Abbasov mayın 18-də Moskvada saxlanılıb.

Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərir. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az