[:az]Tofiq Yaqublu məhkəməyə çağırılıb[:]

tərəfindən Gozetci

[:az]Milli Şuranın Koodinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu mayın 30-da saat 16-da Abşeron rayon Məhkəməsinə çağırılıb. Bu barədə Yaqublu özü Turan-a bildirib.

O güman edir ki, mayın 28-də Bakının Novxanı kəndində Respublika Günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirməık üçün toplanan zaman polis tərəfindən saxlanılması ilə bağlı məhkəməyə çağırılıb.

“Yəqin ki, polis inizbati qaydada məhkəməyə iş göndərib. İndi məhkəmə ona baxcaq. Günam edirəm ki, barəmdə ya inzibati həbs seçəcək, ya da cərimə ediləcəyəm. Məhkəmənin barəmdə bəraət verəcəyinə inanmıram”, deyə o, “Amerikanın Səsi”nə bildirib.

Yaqublu məhkəmə barəsində qərar qəbul edərsə, yuxarı məhkəmə instansiyasına şikayət verəcəyini bildirib.

“Bu qərar hüquqi nizhilizm, özbaşınalıq ola bilər. Bayram günündə durduğum yerdə aparıb polis idarəsində saxlayıblar. İndi də məhkəməyə çağırırlar”, deyə o deyib.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az