84
[:az]Vəkillər Kollegiyası Şəhla Hümbətova haqqında intizam icraatına başlayıb. Bu barədə jurnalist Xədicə İsmayıl sosial şəbəkədə yazıb. İcraatın əsas səbəbi Şəhla Hümbətovanın video-bloger Mehman Hüseynovun həbsdə olarkən başladığı aclıq aksiyası ilə bağlı ictimaiyyətə açıqlamalar verməsidir.
İnsan hüquqları ilə məşğul olan vəkillər haqqında intizam icraatının başlanması yeni hal deyil. Bundan öncə 10-a qədər vəkil oxşar situasiyalarda cəzalandırılıb – Vəkillər Kollegiyasından çıxarılıb, vəkillik fəaliyyəti dondurulub və ya ən yaxşı halda töhmət verilib.[:]