[:az]Əhsən Nuruzadənin qolları burularaq aparıldığı bildirilir[:]

tərəfindən Gozetci

[:az]Dindar fəalın həbsxanadan hara aparıldığı barədə məlumat yoxdur

“Müsəlman Birliyi” Hərəkatının koordinatoru, dindar fəal Əhsən Nuruzadənin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində əlləri burularaq, naməlum istiqamətdə aparıldığı bildirilir. Bu barədə Meydan TV-yə dindar fəalın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, mayın 28-də məhbusların olduğu yataqxanaya gəlib, Əhsən Nuruzadənin qollarını burub aparıblar.

“Məhbuslar da məəttəl qalıb ki, nə baş verir. Bilinmir ki, Əhsəni cəzaçəkmə müəssisəsində “karsa” salıblar, yoxsa oradan götürüb aparıblar. Bizə də heç bir məlumat vermirlər. Qalmışıq belə, ürəyimiz partlayır nigarançılıqdan”, – deyə Ə.Nuruzadənin ailə üzvləri bildirib.

Bu saatlara qədər ondan heç bir xəbər yoxdur.  Az əvvəl ailəsi bildirdi ki, zondan zəng edən yoldaşları onun hara aparıldığı, karserə salındığı və ya işgəncə verildiyi haqqında heç bir məlumatları olmadığını deyiblər.

Yaxınları deyir ki, Ə.Nuruzadə bir neçə gün əvvəl də heç bir əsas olmadan cərimə kamerasına salınaraq cəzalandırılmışdı.

İş günü olmadığından Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.

İlahiyyatçı Taleh Bağırzadənin tərəfdarlarından olan Ə.Nuruzadə 2017-ci il oktyabrın 6-da həbs olunub. O, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib.

Dindar fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə son həbsindən əvvəl də iki dəfə saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə küçədə söyüş söydüyünə görə 10 sutka inzibati həbs cəzası verildiyi açıqlanıb.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az