[:az]AZAL sərnişinin sənədini paylaşan əməkdaşlarını işdən azad edib[:]

tərəfindən Gozetci

[:az]“Azərbaycan Hava Yolları” QSC (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə transgender şəxsin ümumvətəndaş paportunu paylaşmasına rəsmi münasibət bildirib.

Aviaşirkət bu halla bağlı dərhal araşdırma aparıldığını bildirib. Nazilə Muradova ilə birlikdə digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşmaqla səhvə yol verdikləri əsas gətirilərək işdən azad olunub.

Şirkət baş verənlərə görə üzr istəyib:

Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk

Nə baş verib: AZAL-ın əməkdaşı Nazilə Muradova sosial mediada transgender vətəndaşın ümumvətəndaş pasportunu paylaşaraq onu lağa qoyub. Nazilə Muradova şərhlərdə onun hara uçduğunu da qeyd edib.

MİKROPSKOP[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az