[:az]Jurnalist Şəfəq Ağacanın səhhəti ağırlaşıb[:]

tərəfindən Gozetci

[:az]“Bakupress.az” saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyası keçirir.

Bu barədə onun facebook səhifəsində məlumat yayılıb.

Məlumatda deyilir ki, jurnalistin səhhəti ağırlaşıb: “Mənə qarşı Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqda açıq şəkildə qərəzli davranışların şahidi olduğum, həmçinin aid olmadığım yerdə olduğum üçün psixologiyam təmiz pozulub. Bu neçə gün şokda olduğum üçün çox düşünə bilmirdim. Burada səhhətim dəfələrlə ağır şəkildə pozulub. İstintaqdan qaçmadığımı, tam əksinə maraqlı olduğumu və sifarişçini öyrənmək istədiyimi bildirərək, səhhətimə görə həbs-qətimkan tədbirimin ev dustaqlığı ilə əvəz edilməsini tələb etsəm də, dəyişən heç nə olmadı. Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm. Buna görə də 21 maydan aclıq aksiyasına başladığımı bildirirəm. Əgər öləcəyəmsə, bunun haqsızlığa üzülərək yox, haqqımı tələb edərək olmasını istəyirəm”.

Saytın digər əməkdaşı Raqif Əliyev isə bildirib: “Şəfəq Ağacanın Kürdəxanı müvəqqəti cəza çəkmə məntəqəsində dünən axşam vəziyyəti çox ağırlaşıb. Cəza çəkmə məntəqəsinin həkimlərinin düzgün müdaxilələri nəticəsində Şəfəq Ağacanın vəziyyəti stabilə yaxınlaşdırılıb. Bundan sonra səlahiyyətli qurumun əməkdaşları tərəfindən Şəfəq Ağacanla aparılan söhbətlər əsnasında ona verilən sözə görə, bu məsələyə obyektiv baxılacaq. Bu gün saat 11:30-da mənidə dəvət etmişdilər. Şəfəq Ağacanın səhhətində yaranan problemlərə görə qısa müddətlik aclıq aksiyasını dayandırdı”.

Penitensiar Xidmət Ş.Ağacanın aclığa başladığını təsdiqləsə də, Bakı İstintaq Təcridxanasının rəhbərliyinin onunla apardığı profilaktik söhbətlərdən sonra aksiyanı dayandırdığını, rəhbərliyə də bu haqda ərizə təqdim etdiyini bildirib.

Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, marixuana satışında ittiham olunur. Jurnalist isə narkotikaya qarşı mübarizə apardığını deyərək, şərləndiyini bildirib.

Toplum TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az