[:az]Beyləqanda zibil qoxusundan nəfəs almaq olmur (FOTO)[:]

tərəfindən Gozetci

[:az] 1994-cü ildən Beyləqan şəhəri 20 yanvar küçəsində  şəhər zibil poliqonu  mövcuddur. Poliqon şəhərin böyük bir hissəsində əhalin səbrini dözülməz hala çatdırıb. Axşamlar bu küçədə çox pis qoxu olur.

2018 -ci ilin 17 fevralında məhəllə ağsaqalları kömək üçün Beyləqan şəhər icra hakimiyyətinə və rayon icra nümayəndəliyinə müraciət ediblər. Həmin vaxtdan Beyləqan şəhərində qanunsuz fəaliyyət göstərən bu poliqonun ləğvi üçün əhali bir çox yerlərə müraciət edib.  Lakin keçmiş icra başçısı Vaqif Abdullayev bu məsələyə biganə yanaşıb. Məhəllə sakinlərinin müraciət etdikləri müvafiq nazirliyin əməkdaşları isə sadəcə ümidverici vədlər verib.

Nəhayət rayon camaatı  Beyləqana yeni təyin edilmiş İcra hakimiyyəti başçısı cənab Asif Ağayevə problemlərini bildiriblər.  Amma bu dəfə  də məhəllə sakinlərinə köməklik edən olmayıb. Onların bildirdiklərinə görə şikayətçilərə yalan vədlər verilib, onları get-gələ salıblar.  Hal-hazırda 20 yanvar küçəsi və ətraf küçələr pis qoxunun əlindən yaşanmaz haldadır.

 

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az