[:az]Almaniyada yaşayan mühacir, bloqer Tural Sadıqlının barәsindә cinayәt işi açıldığı bildirilir.
Bu barәdә AzadlıqRadiosuna bloqerin atası Әlövsәt Sadıqlı mәlumat verib.
Ə. Sadıqlının sözlәrinә görә, dünәn, mayın 17-si onların evinә Bakı Şәhәr Baş Polis İdarәsinin Cinayәt Axtarış Şöbәsinin әmәkdaşları gәliblәr: “Gәlәnlәr bildirdilәr ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarәsi tәrәfindәn Turala qarşı cinayәt işi açılıb vә o, beynәlxalq axtarışa verilib. Cinayәt işi hansı maddә ilә açılıb, demәdilәr”.
Əlövsət Sadıqlının bu dediklərini, hələlik, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Tural Sadıqlı 2014-cü ildə Almaniyaya mühacirət edib. O, sosial şəbəkələrdə Azərbaycan hökumətinin kəskin tənqidçilərindəndir. T. Sadıqlı həmçinin, Almaniyada və Avropanıın müxtəlif şəhərlərində Azərbaycan iqtidarı əleyhinə keçirilən etiraz aksiyalarında fəal iştirak edib. Hələ, 2015-ci ildə prezident İlham Əliyevin Berlində Almaniyaya kansleri ilə görüşü zamanı Tural Sadıqlı və digər şəxslər orada etiraz aksiyası keçirmişdilər. Bundan bir neçə gün sonra onun atası və qardaşının polisə aparıldığı bildirildi.
Verilən məlumata görə, atası sərbəst buraxılsa da, qardaşı Elgiz Sadıqlıya qarşı narkotik ittihamı irəli sürülüb. Elgiz Sadıqlı bir qədər həbsdə qaldıqdan sonra şərti cəza ilə azdlığa çıxıb. 2018-ci ilin fevralında da Elgiz Sadıqlı yenidən saxlanıb.Bu dafə inzibati hüquq pozmada ittiham edilən gənc 30 sutka həbs cəzası alıb.
Tural Sadqlının iddiasına görə, yaxınları ona görə, Azərbaycanda əsassız təzyiqlərlə üzləşirlər. Amma rəsmilərinin bildirməsinə görə, Azərbaycanda heç kim qohumunun siyasi mövqeyinə görə, ayrıseçkilik və təzyiqlərlə üzləşmir
AZADLIQ RADİOSU[:]