[:az]Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi hüquqşünas Yalçın İmanovun Apellyasiya işinə baxıb. Hakim Afiq Hüseynzadənin sədrliyi keçən məhkəmə prosesində Y. İmanovun vəsatətləri təmin olunmayıb. 22 fevral 2019-cu il Gəncə İnzibati İqtisadi Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, Vəkillər Kolleqiyası Rəyasət Heyəti 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb. Bu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb və İmanovun vəkillik fəaliyyətinə xitam verib.[:]