[:az]Hüquq müdafiəçisi Oktay Gülalıyev Respublika Baş Prokurorluğuna çağırılıb[:]

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçisi Oktay Gülaliyev bugün saat 17:00 üçün Baş Prokurorluğa çağırıldığını bildirib.

O, bu barədə sosial şəbəkədə paylaşım edib: “Deyəsən bu dəfə də “cinayət əməllərimi” prokurorluq araşdırır. Araşdırsınlar, mənim etirazım yox. Amma prokurorluq yaxşı olar ki, öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin. Bizi susdurmaq istəyirlər. İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq. Dinc, günahsız insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Haqqı, hüququ tapdanan insanları müdafiə etməyək…”

Oktay Gülalıyev, həmçinin, müxtəlif dövlət qurumları və vəzifəli şəxslərin ona xəbərlər göndərdiyini, təzyiqlərlə susdurulmasının istənildiyini, amma heç bir halda susmayacağını bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az