[:az]Ağac kəsilməsi prokurorluqda araşdırılacaq[:]

tərəfindən Gozetci

[:az]Bakıda Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların köçürülməsi və kəsilməsi prokurorluqda araşdırılacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mayın 7-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış materiallar qanunauyğun tədbirlərin görülməsindən ötrü Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Hələlik, bu açıqlamaya sözügedən torpaq mülkiyyətçisindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma
Sakinlərin bildirməsinə görə, iki gün öncə, mayın 5-də M.Hadi küçəsində göstərilən ünvanda elektrik verilişi qəfil dayandırılıb. Onların deməsinə görə, təkrar elektrik veriləndə görüblər ki, ərazidə onlarla ağac kəsilib və ya başqa yerə köçürülüb.

Nazirlikdən verilən açıqlamaya görə, araşdırmada bəlli olub ki, ərazidə 25 meyvə ağacı kəsilib, 2 zeytun ağacı və 96 nar kolu köçürülüb. Nazirlik Baş Prokurorluğa müraciət edib.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az