43
[:az]Bu gün Azadlıq radiosunun əməkdaşı İslam Şıxəli Prezident Administrasiyasının qarşısında çəkiliş apararkən saxlanılıb, kamerası əlindən alınıb. Jurnalistə bildirilib ki, Prezident Administrasiyası qarşısında çəkiliş aparmaq qadağandır. Amma İslam Şıxəli bildirir ki, həmin yerdə hər gün çəkiliş aparırlar.
Jurnalistin kamerası bütün görüntülər silindikdən sonra geri qaytarılıb.
Bu barədə o öz “Facebook” səhifəsində yazıb.[:]