[:en]Azerbaijan received the status of a country in distress[:az]Azərbaycana “xüsusi narahatlıq doğuran ölkə” statusu verilib[:]

tərəfindən Gozetci

[:en]The United States International Committee on Religious Freedom (USCIRF) published a report on the situation in Azerbaijan in 2018. The report says that last year the government of Azerbaijan took a number of positive steps to discuss the issue of religious freedom with the United States and the international community, but religious freedom did not improve significantly. Throughout the year, local police continued to incite, arrest, fine, and persecute religious communities that ignore registration requirements.

The report also noted that the “religious radicals” were found guilty of the attempted assassination of the head of executive power of the city of Ganja in July 2018. They also accused the government of using Islam as a pretext for strengthening the country before Islamic terrorism. ”

The report also addressed the issue of prisoners of conscience. It was noted that non-governmental organizations (NGOs) talk about 68 prisoners of conscience, most of whom are members of the Muslim Unity religious movement. In 2018, charges were raised of continuing systematic and comprehensive torture, especially torture against Islamists.

Based on this, Azerbaijan again receives the status of a country in violation of religious freedom and a country with a “systematic and regular, degrading” status of an “alarming country” in the framework of the International Law on Religious Freedom USCIRF (IRFA).

It should be noted that the United States International Committee on Religious Freedom annually publishes periodic reports on the religious situation.

 

TURAN[:az]ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycanla bağlı 2018-ci ilə dair hesabat yayıb.

Hesabatda deyilir ki, keçən ildə Azərbaycan hökuməti ABŞ və beynəlxalq icma ilə dini və inanc azadlıqları mövzularında müzakirələr aparmaq üçün bir sıra müsbət addımlar atsa da, dini azadlıq şəraiti önəmli ölçüdə yaxşılaşmayıb. Belə ki, il ərzində yerli polis qüvvələri qeydiyyat tələblərinə və dini ədəbiyyatın hazırlanmasına, əldə olunmasına və yayılmasına qoyulmuş müxtəlif məhdudiyyətlərə riayət etməyən dini icmaları incitməyə, tutmağa, cərimələməyə və onlara qarşı reydlər keçirməyə davam edib.

Hesabatda həmçinin qeyd edilir ki, 2018-ci ilin iyulunda Gəncənin icra hakiminə qarşı sui-qəsd cəhdinə və polis əməkdaşının öldürülməsinə görə “dini radikallar” məsul hesab edilib.

“Gəncədə nə baş verdiyini tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, insan haqları fəalları siyasi müxalifləri sıxışdırmaq və İslami terrorçuluq qorxularını artırmaq üçün hökuməti müxtəlif hadisələrdən bəhanə kimi istifadə etməkdə günahlandırdılar”.

Hesabatda həmçinin vicdan məhbusları mövzusuna da toxunulub. Qeyd edilib ki, qeyri-hökumət təşkilatları (QHT-lər) 68 vicdan məhbusu – bunlardan çoxu Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləridir – hələ də dini səbəblərlə Azərbaycanda məhbəs həyatı yaşadıqlarını bildiriblər. 2018-ci il ərzində “sistemli və əhatəli” işgəncələrin davam etdirilməsi, xüsusilə MBH üzvlərinə qarşı belə işgəncələrin tətbiq olunması iddiaları irəli sürülüb.

Müsbət inkişafa nümunə olaraq, hesabatda dörd qeyri-müsəlman dini cəmiyyətin dövlət qeydiyyatına alınması göstərilib.

Bu şərtlər əsasında 2019-cu ildə USCIRF Beynəlxalq Dini Azadlıq Aktı (IRFA) çərçivəsində “xüsusi narahatlıq doğuran ölkə” statusunun “sistemli, mütəmadi, bərbad” standartının ən azı birinə uyğun şəkildə dini azadlığı pozmasına və ya buna göz yummasına görə yenidən Azərbaycanı 2-ci Qrupa salıb.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası hər il dünya ölkələrində dinin durumu ilə bağlı dövrü hesabatlar hazırlayır.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az