[:az]”Qızımın qan qrupunu səhv salaraq öldürdülər”[:]

tərəfindən Gozetci

[:az]Üç aylıq uşaq Respublika Uşaq Klinik Xəstəxanasında səkkiz günlük müalicəsindən sonra vəfat etdi.

Bu barədə AzadlıqRadiosuna məlumatı verən uşağın atası Orxan Əsgərzadənin iddiasına görə, qızı həkim səhlənkarlığıdan dünyasını dəyişdi.

Əsgərzadə bildirdi ki, qızı Mədinə Əsgərzadənin səhhətində olan probleminə görə onu ultrasəs müayinəsindən keçirtdilər. Nəticədə daxili orqanlarında heç bir problem çıxmadı. Buna baxmayaraq, martın 28-də uşağı Respublika Uşaq Klinik Xəstəxanasına apardılar. “Yanımıza qəbul şöbəsinin müdiri Sevda Əliyevanı çağırdılar. Sonra həmin şöbənin həkimi Sədaqət Əbilova gəlib, uşağa baxıb dedi ki, dalağı şişib. USM nəticələrinə isə fikir vermədi.”

Mədinəni yenidən USM-dən keçirtdilər və yenə hər hansı xəstəlik aşkarlanmadı, lakin valideynləri onu reanimasiyada saxlamaq qərarına gəldilər. Əsgərzadənin sözlərinə görə, Mədinəyə “rubila virusu” diaqnoz qoydular.

Həmin gün həkimlər Əliyeva və Əbilova uşağa I+ qan lazım olduğunu dedilər. “Biz qan verdik, amma bizə onu 50 manata satdılar və bir qismini Mədinəyə vurdular. Bundan sonra onun vəziyyəti pisləşməyə başladı”.

Əsgərzadə qeyd etdi ki, 3 dəfə qanı pulla aldılar, Mədinəyə isə qan 6 dəfə vurulub. Hər dəfə qan vurulanda uşaq özündən gedirdi. Səbəbini soruşanda isə deyirdilər ki, “qan vurulanda belə olmalıdır”. Səkkiz gün sonra valideynlər uşağı xəstəxanadan çıxarıb İrana aparmağa qərarına gəldilər.

Uşağın sənədlərini hazırlayanda məlum olub ki, onun qan qrupu II+. “Bunu Mədinə doğulduğu xəstaxanasında da təsdiq etdilər. Respublika Uşaq Klinik Xəstəxanasında isə qızıma I+ qan vururdular”, – Əsgərzadə bildirdi.

O, qeyd etdi ki, Təbriz xəstəxanasına çatanda uşaq komaya düşdü. Həkimlər dedilər ki, böyrəkləri sıradan çıxdı və buna səbəb kimi Mədinəyə Bakıda səhv qan vurulmasını göstərdilər. 11 gün koma vəziyyətində qalandan sonra uşaq vəfat etdi. “Bizə xəstəxanada heç “Xəstəlik tarixçəsini” vermədilər. Amma biz bu işi belə qoymayacayıq və hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edəcəyik”, – Əlizadə bildirib.

Səhiyyə Nazirliyindən və Respublika Uşaq Klinik Xəstəxanasından bununla bağlı məumat almaq mümkün olmadı.

Tibb elmləri doktoru Adil Qeybulla AzadlıqRadiosuna bildirib ki, hər qan vurulmasından əvvəl qanın nəyinki yoxlayıb eyni qrupa aid olduğunu təsdiqlətməlidilər, bioloji uyğunluq da yoxlanılmalıdır. İndiki dövrdə müasir imkanlarla qandan reaksiya olması yol verilən deyil.

Uroloq-cərrah Vasif İsmayıl isə deyir ki, hər kəsə öz qrupundan qan köçürülməlidir. “Təəssüf ki, qan qrupların müəyyənləşdirilməsi tamamilə insana bağlıdır. Ona görə də müəyyən xətalar olur”, – həkim bildirdi. O qeyd etdi ki, məhz buna hər qanı köçürülməmişdən əvvəl mütləq xəstənin öz qanın bir miqdarını köçürüləcək qanla qarışdırıb vururlar və baxırlar, əgər onlar bir birinə uyğundursa, qanı köçürürlər. Amma buna baxmayaraq hərdən belə hadisələr olur.

Hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, Azərbaycan praktikasında səhlənkarlığa görə həkimlərin məsuliyyətə cəlb olunmasına nadir hallarda rast gəlinir. Əslində isə həkim səhvin ucbatından xəstə ölürsə, istintaq aparılmalıdır və nəticədə Cinayət Məcəlləsinin 314 (Səhlənkarlıq) və 143 (Təhlükədə qoyma) maddələrilə cinayət işi qaldırılmalıdır.

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az