[:az] Ə.Muxtarlı göz ağrılarından şikayət edir[:]

tərəfindən Gozetci

[:az]Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınları onun səhhətindən narahatdır.

«Əfqan Muxtarlının sağlıq durumu ilə bağlı qeyri-müəyyənlik var. O, şəkər xəstəsidir, sonuncu dəfə, həbs olunmazdan öncə- 2017-ci ilin mayın əvvəllərində Gürcüstanda müayinədən keçmişdi». Bunu Ə.Muxtarlının xanımı, hazırda mühacirətdə olan Leyla İlqar bildirib.

O deyib ki, Ə.Muxtarlı ilə dünən, aprelin 21-də telefonla əlaqə saxlayıb. Xanımının vurğulamasına görə, jurnalist göz ağrılarından şikayət edib: «Mən bilmirəm ki, bu ağrılar nə ilə əlaqədardır, xəstəliyin ağırlaşması əlamətdirmi, yoxsa nə? Bunu bilmirik».

L.İlqarın deməsinə görə, bundan əlavə Ə.Muxtarlının səhhətində başqa problemi də var: «Müayinədən keçməlidir. Ona görə deyirəm ki, səhhəti ilə bağlı qeyri-müəyyənlik yaşanır».

L.İlqarın bu dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izni alıb. Ancaq 2017-ci il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Onun həbsi ilə bağlı Gürcüstanda da istintaq aparıldığı açıqlanmışdı.

Gürcüstan baş naziri və daxili işlər naziri də Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az