[:az]Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN araşdırma aparır[:]

tərəfindən Gozetci

[:az]“Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”

Fuad Qəhrəmanlının qızı 14 yaşlı Sanay Yağmura edilən hücumla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Bunu “Qafqazinfo” saytına DİN Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

O qeyd edib ki, bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib.

“Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

S.Yağmur aprelin 17-də YAP-ın Suraxanı rayon təşkilatının üzvü Tural Qarayevin ona hücum etdiyini bildirib. Sanay Yağmurun sosial şəbəkələrdə yaydığı məlumata görə, Tural Qarayev onu təhqir edib və ona qarşı fiziki güc işlədib.

Zərərçəkənin anası, yazıçı Zümrüd Yağmur Meydan TV-ə deyib ki, Tural Qarayev uşağa hədə-qorxu gələrkən prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adını çəkib, onlardan üzr istəməsini tələb edirdi.

Zümrüd Yağmur media vasitəsilə ölkə prezidentinə və xanımına müraciət edib:

“Əgər ölkə başçısı və onun xanımının adı çəkilərək küçədə 14 yaşlı uşaqlar döyülürsə, deməli, nələrisə doğru etmirsiniz ki, belə özbaşınalıqlar olur”.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az