[:az]Şəmkirdə əhali kartof rüsumuna etiraz olaraq aksiya keçirib[:]

tərəfindən Gozetci

[:az]Şəmkir rayonunda katrofa tətbiq edilən əlavə gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası ediblər.
GencePost.com-un məlumatına görə, bu barədə kənd sakinləri bildiriblər. Qeyd edilir ki, rayonun Sabirkənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq rayon sakinləri dəmir yolunu bağlayıblar.

Əraziyə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.
Məsələyə aydınlıq gətirmək üçün rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Əliyev  bildirib ki, məsələ ilə əlaqədar əhali ilə danışıqlar aparılıb.
“Camaatla danışıqlar apardıq. Əhalidən 2-3 gün möhlət istədik. Sakinlərlə razılaşdıq və problemlə bağlı aidiyyatlı qurumlarla birgə bir qərar veriləcək”, – deyə Mahir Əliyev bildirib.
Qeyd edək ki, təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.
Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az