[:en]Bayram Mamedov arrested for 30 days [:az]Bayram Məmmədov yenidən həbs edilib[:]

tərəfindən Gozetci

[:en]A former “prisoner of conscience” Bayram Mammadov detained on Saturday

Baku / 30.03.19 / Turan: An activist of the NIDA Mmovement, a former “prisoner of conscience” Bayram Mammadov was detained on Saturday at 04:00 by police officers

when he was walking down the street with his father Farman Mammadov. The activist was first taken to the 12th department of the Sabunchu district police department. Later, his father was told that the young man was taken to the district administration itself. The police office told Turan correspondent that B.Mammadov is not there.

B.Mammadov and Giyas Ibrahimov were detained after writing political slogans on the monument to Heydar Aliyev on May 10, 2016. Both were convicted to 10 years in prison on charges of drug trafficking on a large scale. The human rights organization Amnesty International recognized them as “prisoners of conscience.” Both were pardoned on March 16 of this year.

After his release, Mammadov in the media and social networks sharply criticized the Azerbaijani authorities.

By the decision of the Sabunchu District Court, Bayram Mammadov was arrested for 30 days in an administrative order. He was found guilty of not submitting to the police, Turan was told in the Nida movement.

Turan[:az]Prezident İlham Əliyevin sonuncu әfv sәrәncamı ilә azadlığa çıxan, hüquq müdaifəçiləri tərəfindən siyasi mәhbus kimi tanınan Bayram Mәmmәdov martın 30-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutka inizibati həbsə məhkum edilib.

Bu barədə Turana Bayram Məmmədovun atası Fərman Bayramov məlumat verib.

“Bu gün, martın 30-da sahə müəvkkili evimizə gəldi ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırılır. Bayram və mən birlikdə 12-ci Polis Bölməsinə getdik. Oradan Bayramı Sabunçu rayon Polis İdarəsinə apardılar. Sonra isə onu Sabunçu rayon Məhkəməsinə apararaq İnizbati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutka inzibati həbsə məhkum ediblər”, Fərman Bayramov qeyd edib.

Bayram Məmmədov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. O hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus, Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb. Məmmədov insanlar arasında “heykəl məhbusu” kimi də tanınır.

Belə ki, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıb. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası mərhum Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs ediliblər. Bu hadisəyədək hər il Heydər Əliyevin ad günündə (mayın 10-da) onun abidəsi önündə “Gül bayramı” keçirilirdi, çoxsaylı müxtəlif növ güllər, gül çəlləngləri, güldən düzəldilmiş müxtəlif əsərlər nümayiş etdilirdi.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az