[:en]Primary Compensation to Victims of Fire in Diglas Shopping Center – AZN 3 Million[:az]”Diqlas” Ticarət Mərkəzində yanğından zərər çəkənlərə ilkin təzminat 3 mln. manat təşkil edib[:]

tərəfindən Gozetci

[:en]President of Azerbaijan Ilham Aliyev ordered to allocate initially 3 million manat to entrepreneurs who suffered from the fire in the Diglas shopping center on March 26. Funds will be allocated from the Presidential Reserve Fund.

Meanwhile, at the meeting with the injured on Friday, Deputy Minister of Economy Niyazi Safarov said that compensation would be issued through Capital Bank, where personal accounts would be opened.

According to him, compensation will be issued in two stages: at the first stage, a certain amount will be transferred to the account, and after determining the amount of damage, the victims will receive the rest of the compensation.

In turn, Economy Minister Shahin Mustafayev told reporters the fire caused damage to 171 commercial sites. He also said the leaders of a number of shopping centers are ready to provide free trading platforms to the affected entrepreneurs for 4-5 months.

Recall that the fire on March 26 caused damage amounting to tens of millions of manat (unofficial data) to the large shopping center Diglas in the Nizami district of the capital. This amount does not take into account the damage caused to the shopping center itself, but only to the burnt goods of businessmen who rented premises there.

Turan[:az]Azərbaycan prezidenti İlham Əliyev martın 26-da “Diqlas” ticarət mərkəzində yanğından ziyan çəkən sahibkarlara ilkin olaraq 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq.

Bu arada, cümə günü zərərçəkmişlərlə görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, təzminat “Kapital Bank” vasitəilə ödəniləcək, burada adlı hesablar açılacaq.

Onun sözlərinə görə, təzminatlar iki mərhələdə ödəniləcək: birinci mərhələdə hesaba müəyyən məbləğ ödəniləcək, ziyan müəyyən edildikdən sonra zərərçəkmişlər təzminatın qalan hissəsini alacaqlar.

Öz növbəsində, iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərlə söhbətində bildirib ki, yanğın 171 ticarət obyektinə ziyan vurub. O, həmçinin qeyd edib ki, bir sıra ticarət mərkəzlərinin rəhbərləri zərər çəkmiş sahibkarlara 4-5 aylıq pulsuz ticarət sahəsi verməyə hazırdırlar.

Xatırladaq ki, martın 26-da baş verən yanğın paytaxtın Nizami rayonundakı böyük “Diqlas” ticarət mərkəzinə on milyonlarla manat ziyan vurub (qeyri-rəsmi məlumat). Bu məbləğin içində ticarət mərkəzinin özünə dəyən ziyan deyil, yalnız yer icarəyə götürən sahibkarların yanan malları nəzərə alınır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az