[:az]Azərbaycan Respublikası Vəkillər Kollegiyası Baş prokurorluğun Elçin Sadıqovu dinləməsi və onun əsasında AR Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar bu gün ona töhmət verib. Bu barədə vəkilin özü sosial şəbəkədəki hesabında bildirib. O deyib ki, qərar onun iclasda iştirak etmək barədə xaişi nəzərə alınmadan qəbul edilib. Vəkilin sözlərinə görə AR Vəkillər Kollegiyası bu işdə onu müdafiə etməyib. Verdiyi vəsatətlərin heç biri təmin olunmayıb. “Baş prokurorluğun konfidensial görüşün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı və RH ümumiyyətlə Y.Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda baş prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı”[:]
32
əvvəlki yazı