[:en]At trial of criminal.az website editor’s case[:az]Şahid: Rasim Musayev şəhid anasını həbs etmədi[:]

tərəfindən Gozetci

[:en]On February 19 the Baku Serious Crimes Court chaired by Eldar Mikayilov held a meeting on the case of the criminal.az website editor Anar Mamedov. On July 9, 2018, the Prosecutor General”s Office filed alawsuit in case on the dissemination to the Internet of “false information” and “illegal appeals” in connection with the attempt on the life of Ganja Elmar Veliyev and the energy blackout in Mingachevir in the summer of 2018. After that, the prosecutor’s office appealed to the Ministry of Communications to block the sites “Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” and “fia.az”. Mamedov was charged under the Criminal Code: 281.2 (appeals against the state), 309.2 (abuse of office) and 313 (official forgery) of the Criminal Code, which he rejects.

As a witness on February 19, a former employee of the Main Police Department of the city of Ganja, Gulnar Muradova, was questioned at the trial. She confirmed that she gave the journalist information about the events in Ganja. Moreover, the witness noted that she had read publications on the website criminal.az and they did not cause her fear. She also clarified the publications on the site about the former head of the Ganja police, the late Rasim Musayev. Muradova confirmed that she had told Mamedov about about the incident between Musayev and the former head of Ganja, Elmar Veliyev. Muradova noted that at the event where the fight took place, there were only city leaders.

However, on the Alley of Martyrs to events in connection with the Khojaly genocide there were also outsiders. “There came a woman who appealed to the mayor and asked for help. But T the mayor ordered to detaien her. Rasim Musaev replied that it was not appropriate to arrest a shahid mother. Because of this, a dispute arose …, “said Muradova.

Muradova also confirmed that she spoke with Mamedov about the events in Ganja on July 3 and 10. The editor asked the policeman who was guarding the head of Ganja died. To which she replied that he was in the hospital. Next, the head of the Department of Legal Security of State Security of the Institute of Human Rights of the Academy of Sciences, Bakhtiyar Aliyev, gave an opinion on publications on criminal.az

He said: “As a result of the geopolitical processes in the region, military, political, economic confrontation between Armenia and Azerbaijan, foreign special services continue their subversive activities in Azerbaijan. Persons from the marginal social stratum and realist radicals spread propaganda and extremist ideas against the Azerbaijani state, sow the seeds of hatred for the government and society. From the materials presented during the investigation it is clear that this may be an integral part of the information war of Armenia against Azerbaijan.” Lawyer Elchin Sadigov asked the expert why he gave the same conclusions for various publications on criminal.az, bastainfo.com and teref.info.

“In all three conclusions you wrote the same sentences, and even the same commas. What did cause this? While the publications are completely different, the text of your analysis remains unchanged.

In response, the expert said that the conclusion could be repeated in 20 articles. The next court trial is scheduled for March 12.

Turan[:az]Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə fevralın 19-da keçirilən növbəti məhkəmə iclasında Gəncə şəhər Polis İdarəsinin keçmiş əməkdaşı Gülnar Muradova şahid qismində dindirilib.

Şahid məhkəmədə jurnalistə Gəncə hadisələri ilə bağlı məlumatlar verdiyini təsdiq edib. Onun sözlərinə görə, criminal.az saytında dərc edilən məqalələrlə tanışdır və onda qorxu hissi yaratmayıb.

Şahid saytda Gəncə şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum Rasim Musyaevlə bağlı yazılanlara aydınlıq gətirib. O, Rasim Musayevlə Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev arasındakı insidentlə bağlı Anar Məmmədovla danışığını təsdiq edib.

“Siz mənə dediniz ki, orda kəllələşmə (kluarlarda polis rəisinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevi kəllə ilə vurduqdan sonra vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb, – red.) olub? Dedim ki, orda elə bir şey olmayıb. Dedim ki, orda zalda heç kim olmayıb. Ancaq rəhbərlər olub. Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı tədbir vardı. Bir xanım çıxdı ki, mənə kömək edin. Orda əmr verildi ki, xanımı həbs elə. Rasim Musayev dedi ki, mənə şəhid anasını həbs etmək yaraşmaz. Onunla bağlı mübahisə yarandı. Bundan sonra polis nəfərinin nə ixtiyarı var, onların söhbətinə qulaq asa? Sonra Rasim müəllim gəlib dedi ki, kompüteri ona təhvil verim. Otaqdan əynini geyinib çıxdı. Sonra gerisinə biz qarışmadıq. Amma bugünki günə kimi də hər bir jurnalistdən xahiş edirəm, yalvarıram ki, bilib-bilmədiyinizi yazmayın”, deyə Muradova məhkəmənin diqqətinə çatdırıb.

Bu zaman, Anar Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Rasim Musayevin köməkçisi kimi təqdim etdiyi şahidin səs yazılarının məhkəmədə səsləndirilməsini istəyib.

Şahid həmçinin Gəncədə 2018-ci il iyulun 3-də və 10-da baş verən hadisələrlə bağlı jurnalistlə telefon danışıqlarının olduğunu tədiq edib.

“Gəncə hadisələri baş verəndə Anar müəllim mənə zəng vurdu ki, Gəncədə belə bir hadisə baş verib. Dedim, bəli, belə bir hadisə baş verib. Anar dedi ki, icra başçısının mühafizəçisinin rəhmətə getdiyini deyirlər. Bildirdim ki, başçının mühafizəçisi Qasım Aşbazov mənim iş yoldaşım olub. İllərlə birlikdə işləmişik. Onun hazırda xəstəxanada olduğunu dedim. Sonra gördüm ki, Anar Məmmədov həmin hadisələrlə bağlı internetdə yazıb. Mənə verdiyi sual ancaq o oldu ki, mühafizəçisi ölüb, ya yox? Bildirdim ki, polis kimi hamımız xəstəxananın qarşısına yığışmışıq, o ölməyib”, deyə Muradova qeyd edib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri Bəxtiyar Əliyev şahid qismində dindirilib.

“Regionda baş verən geosiyasi proseslər, Ermənistan-Azərbaycan arasında hərbi, siyasi, iqtisadi və s. qarşıdurmanın nəticəsi olaraq, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda pozuculuq fəaliyyəti davam edir. Bu məqsədlə marginal sosial təbəqəyə mənsub şəxslərin, dini radikalların Azərbaycan dövlətinə qarşı qaldırılması istiqamətində təbliğat və təşviqat xarakterli ekstremist ideyaları yayılır, mövcud hakimiyyətə nifrət və cəmiyyətdə düşmənçilik toxumu səpilir. Tədqiqata təqdim olunan materiallardan görünür ki, bu da Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi kimi çıxış edə bilər”, deyə vəkil Elçin Sadıqov ekspertdən criminal.az, bastainfo.com və teref.info saytlarıbnda dərc olunmuş müxtəlif məqalələrə eyni rəyi, bu rəyi verməsinin səbəbini soruşub.

“Hər üç rəydə vergülünə qədər eyni cümlələri yazmısınız. Bu, nədən irəli gəlib? Yazılar fərqli olduğu halda, sizin politoloji təhlilinizin dəyişməməsi nədən irəli gəlir?”, deyə vəkil Elçin Sadıqov ekspertə sual edib.

“İstəyir 3 yox, 20 rəy də eyni cümlə ilə ifadə oluna bilər. Gedən proseslərə düşmən daim pusqudadır. Baş verən sosial narazılıqlara, siyasi qarşıdurmalara, ekstremizm təzahürlərinə dərhal reaksiya verməyə daim hazırdırlar. Baş vermiş proseslə bağlı dar məqamda cinayət çərçivəsində baxın. Ancaq Ermənistan xüsusi xidmət orqanları, KİV, Rusiyanın Azərbaycana qarşı olan bir çox mərkəzlərin reaksiyasını oxuyub təhlil etsəniz, görəsiniz ki, Gəncədə baş verən hadisələrdən onlar bəhrələnib, Azərbaycanda cəmiyyət arasında dövlətə qarşı narazılıq nöqteyi-nəzərindən fəaliyyətə başlayırlar”, deyə ekspert qeyd edib.

Növbəti məhkəmə iclası martın 12-nə təyin olunub.

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı “yalan məlumatların” və “qanunsuz çağırışların” yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradan Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az