[:az]Arvadını döyməkdə təqsirli bilinən dünya çempionu inzibati həbslə cəzalandırılıb[:]

tərəfindən Gozetci

[:az]Qadın zorakılığından danışan kikboks ustası barədə məhkəmə qərar çıxarıb

Kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Süleymanov arvadı Ş-nı döyməkdə ittiham olunur.

İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.

Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub:

“Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb, öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq.
Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.

A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin qərarı ilə A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

Cütlüyün toyu 2018-ci ilin avqust ayında baş tutub.

Arvadını döydüyü deyilən 2018-ci ilin noyabr ayına təsadüf edən müsahibələrinin birində A.Süleymanov bütün dünyada olduğu kimi bizim ölkəmizdə də qadın zorakılığının olduğunu deyib və bunun qarşısını almaqdan ötrü bütün xanımları uşaqdan böyüyə kikboksinq idman növünə cəlb etdiklərini bildirib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az