[:az]Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O.Əsədov bildirib ki, sosial şəbəkələrdə yazılanlar xəcalət hissi doğurur: “Mən xaricdə yaşayanları demirəm. Ancaq ölkə daxilində təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik. Onların yazılarına baxanda adam xəcalət çəkir. Dövlət qurumları haqqında ağızlarına gələni yazırlar”.
Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir.
Deputat Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, təkcə onlayn media deyil, həmçinin sosial şəbəkələr də qanunla tənzimlənməlidir.
O qeyd edib ki, ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir: “Çünki, xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”
Trend[:]