[:en]Criminal Case against Mehman Huseynov Dismissed[:az]Mehman Hüseynova qarşı cinayət işinə xitam verilib[:]

tərəfindən Gozetci

[:en]The new criminal case against blogger Mehman Huseynov (that he allegedly attacked the warden) was discontinued. This is stated in the message of the Prosecutor General of Azerbaijan on Tuesday.

The report said that in connection with the appeal of Huseynov and human rights activists to the President of Azerbaijan, the head of state recommended that the Prosecutor General ensure the objectivity of the investigation. In accordance with the recommendation of the President, the Prosecutor General gave the appropriate instructions to the investigation, the report said.

“Given Huseynov”s youth, not bringing him to disciplinary responsibility during the period of serving the sentence, his joining the path of correction, having an elderly father, and committing a less serious crime that does not pose a danger to society, the investigation stopped the criminal case,” the Prosecutor General’s Office said.

The report also states that Huseynov is not currently on a hunger strike, his imprisonment conditions are normal, and he has no complaints or demands.

At the same time, the General Prosecutor”s Office warns the media “raising an artificial rush around M. Huseynov for personal interests and political purposes” and spreading false reports that any illegal actions against stability and tranquility in the country will be decisively stopped.

But as usual, the authorities do not specify who they mean. In addition, it is curious that, until recently, the Prison Service, the courts and the prosecutor”s office claimed the exact opposite about Mehman Huseynov. So, he was twice denied parole, accused of not being disciplined and misbehaving in custody. It was on this basis that he was not allowed to even say goodbye to his dying mother, and only allowed to join the funeral.

 

TURAN[:az]Bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə (guya onun nəzarətçiyə hücum etməsi) xitam verilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, M.Hüseynovun və hüquq müdafiəçilərinin prezidentə müraciəti ilə əlaqədar dövlət başçısı Baş Prokurorluğa istintaqın obyektivliyinin təmin olunmasını tövsiyə edib. Prezidentin tövsiyəsinə uyğun olaraq baş prokuror istintaqa müfaviq göstəriş verib.

“İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynovun barəsindəki cinayət işinin icraatına xitam verilib”, – Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, M.Hüseynov hazırda aclıq aksiyası keçirmir, saxlanma şəraiti normaldır, bununla bağlı şikayət və tələbi yoxdur.

Eyni zamanda Baş Prokurorluq şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətəuyğun olmayan məlumatlar yayan KİV-lərə xəbərdarlıq edərək bildirir ki, ölkədə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq.

Ancaq adəti üzrə hakimiyyət kimi və nəyi nəzərdə tutduğunu konkretləşdirmir. Bundan əlavə, maraqlıdır ki, son məqama qədər Penitensiar Xidmət, məhkəmələr və prokurorluq M.Hüseynovun barəsində bunun əksini söyləyiblər. İki dəfə onun vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina edilib, onun islah olunmadını, həbsdə özünü yaxşı aparmadığını bildiriblrər.

Məhz bunu əsas gətirərək onu ölüm ayağında olan anası ilə vidalaşmağa qoymayıblar, ancaq dəfn mərasiminə buraxıblar.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az