[:az] AXCP fəalları məhkəmə qarşısına çıxarılıb[:]

tərəfindən Gozetci

[:az]Dünən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları bu gün məhkəmə qarşısına çıxarılıb.

Xatırladaq ki, dünən Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” işi üzrə məhkəmə prosesi ilə əlaqədar yığışan 12 AXCP fəalı saxlanılıb.

Sonradan 7 nəfər sərbəst buraxılıb.

Bu gün Nəsimi Rayon Məhkəməsi Nicat Abdullazadəni və Emil Səlimovu 20 gün inzibati həbsə məhkum edib, Nicat Nizamov, Şəmistan Həziyev və Emin Məniyev isə hər biri 200 manat cərimə olunub, xəbəri AXCP-dən veriblər. Onlar hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə təqsirli biliniblər.

Hüquq-mühafizə orqanları sözügedən AXCP fəallarının saxlanılması ilə bağlı şərh vermir.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az