[:az]Mehman Hüseynov üçün aksiya edən şəxsin 17 yaşlı oğlu saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]AXCP Salyan rayon şöbəsinin üzvü Əlizamin Salayevin oğlu Murad Salayev yanvarın 11-də saxlanılıb.

Səbəb onun bloger Mehman Hüseynova dəstək aksiyasında iştirakıdır.

Bu barədə Meydan TV-yə Əlizamin Salayev deyib:

“Yanvarın 10-da aksiyanı rayonun girişində mən təşkil etmişəm, oğlum isə telefonla çəkirdi. Heç bir xəbərdarlıq etmədən 17 yaşlı oğlumu aparıblar. Sonra mənə rayon polis idarəsindən zəng edib, onun polisdə olduğunu dedilər”.

Meydan TV Ə.Salayevə zəng edilən nömrəylə əlaqə saxlayıb. Telefona cavab verən polis bildirib ki, onun nömrəsindən zəng edilib, amma heç nədən xəbəri yoxdur.

Bu, Mehman Hüseynova dəstək məqsədi ilə keçirilən ilk belə aksiya deyil.

Yanvarın 3-ü və 6-da Bakıda blogeri dəstəkləyən hüquq müdafiəçiləri və gənc fəallar aksiya keçiriblər. Nəticədə onların bir qismi inzibati həbsə məruz qalıblar.

Mehman Hüseynova dəstək məqsədi ilə Berlində də aksiya təşkil edilib.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az