[:az]Mustafa Hacılının məhkəməsi. ‘Heç nə tapmayanda…'[:]

tərəfindən Gozetci

[:az]«Xəzər rayon sakini olan üç qadın tapıblar, biri boşanmış, ikisi ailəlidir. Heç biri də işləmir. Guya bu qadınlar bastainfo saytında məqalələri oxuyub, narahat olublar, çaşqınlıq keçiriblər. Ac-yalavac adamlardan belə işlər üçün istifadə edirlər», – vəkil Osman Kazımov yanvarın 11-də məhkəmədə
M.Hacılı siyasi sifarişlə altı aydır təqib olunduğunu söyləyib: «Bu iş sifarişlidir. Əvvəl şahid kimi cəlb edildim, amma evimə, iş yerimə polisləri göndərdilər. Halbuki, bir zənglə gedib ifadəmi verərdim. Hələ onu demirəm ki, bir xəbərdarlıqla etiraz olunan yazılar saytdan çıxarıla da bilərdi. Məni cəlb edəndə telefonumu, kompüterimi, saytın sənədlərini alıb, uzun müddət kriminal axtardılar. Heç nə tapmayanda üç qadını bu işə cəlb elədilər. O qədər qondarma işdir ki… Onun əsassız olduğunu görmək üçün heç hüquqşünas olmağa ehtiyac yoxdur».

Haqqındakı cinayət işinin iki məqaləyə əsaslandığını, onlardan da birinin «Turan» informasiya agentliyinin materialı olduğunu deyən baş redaktor KİV haqqında qanuna istinad edib. Deyib ki, qanunun 62-ci maddəsinə görə, başqa media orqanında yayımlanmış və təkzib olunmayan məqaləni təkrar yayan KİV buna görə məsuliyyətə cəlb oluna bilməz.

Vəkil O.Kazımov deyib ki, dövlət üçün ən təhlükəli hallardan biri günahsız adamların cəzalanmasıdır və hazırda bu hadisə baş verir: «Qanuni mühakimə icraatını bu vəziyyətə salmaq olmaz. Qanun dövlətin dirəyidir. Qanun sökülərsə, dövlət sökülər».

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası cinayət işinə xitam verilməsi barədə vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.

Xatırlatma
İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb. Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. M.Hacılı CM-nin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

 

Azadliq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az