[:en]Seven People Continue Hunger Strike at Musavat Headquarters[:az]Müsavat Partiyasının qərargah-mənzilində 7 nəfər aclığı davam etdirir[:]

tərəfindən Gozetci

[:en]

A hunger strike continues in the headquarters of the Musavat party, demanding “Freedom to Mehman Huseynov and all other political prisoners!”

According to the participant of the action, the Board member of the Musavat party, Tofig Yagublu, two of the starving people, Fatima Movlamly and Leyla Babayeva, have problems.

“There are serious risks to their health. They are very weak, and their faces are pale.

We persuaded them to stop the hunger strike,” Yagublu said.

According to him, Tofig Mammadov also has serious problems; he has been starving since January 3. “The hunger strike had a strong effect on his body. We will also ask him to stop the action,” continued Yagublu.

According to him, there are many people willing to join the hunger strike. However, due to space limitations, they are recommended to abstain for the time being.

Today, in addition to Yagublu himself, six more people are participating in the rally: Elshad Israfilov, Yashar Ferazi, Fuad Rahimli, Mubariz Fatullayev and Rovshan Niftalizadeh.

The health of the participants is watched by doctors being friends of theirs. The authorities have not yet expressed their attitude towards the hunger strike.

The action is held in solidarity with blogger M. Huseynov, who went on a hunger strike as early as December 26 in protest against bringing him a new criminal charge.

 

TURAN[:az]Müsavat Partiyasının qərargah-mənzilində “Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası davam etdirilir.

Aksiya iştirakçısı, Müsavat Partiyasının idarə heyətinin üzvü Tofiq Yaqublunun Turan-a verdiyi məlumata görə, aksiyanın iki iştirakçısının – Fatimə Mövlanlı və Leyla Babayevanın səhhətində problemlər yaranıb. “Həyatları üçün risk var, belə ki, sifətləri avazıyıb və s. əlamətlər bunu göstərir. Odur ki, onları aksiyanı dayandırmağa razı sala bildik”, deyə Yaqublu bildirib.

Onun sözlərinə görə, yanvarın 3-dən aclıq edən Tofiq Məmmədovun da ciddi problemləri var. “Artıq hiss edilir ki, aclıq orqanizmə ciddi təsir göstərir və buna görə də xahiş edəcəyik ki, aclığı dayandırsın”, deyə Yaqublu sözünə davam edib.

Onun sözlərinə görə, aclığa qoşulmaq istəyənlər çoxdur. Amma yer məhdudiyyəti olduğuna görə onlara hələlik gözləmələri tövsiyə olunub.

Bu gün Yaqublu ilə yanaşı aksiyada daha altı nəfər – Elşad İsrafilov, Yaşar Ferazi, Fuad Rəhimli, Mübariz Fətullayev və Rövşən Niftalızadə iştirak edir.

Aksiya iştirakçılarının səhhəti tanış həkimlərin nəzarəti altındadır. Rəsmi orqanlar hələlik aclıq aksiyasına münasibət bildirməyib.

Aksiya hələ dekabrın 26-da yeni cinayət ittihamı sürülməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan bloger M.Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az