[:az]Məhkəmə Azad Həsənovu həbsdə saxlayıb[:]

tərəfindən Gozetci

[:az]Dünən Xətai Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun ev dustaqlığına keçirilməsilə bağlı vəsatətə baxılıb. Bu barədə Turan-a vəkil Osman Kazımov bildirib. Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab edib və apellyasiya verəcəyini bildirib.

Vəkil təcridxanada A.Həsənovun hüquqlarının pozulduğunu bildirib. Həbsdən sonra ona doğmaları ilə görüş verilmir.

O.Kazımov bildirib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayət göndərəcək – qanunsuz həbs və təcridxanada hüquqların pozulması barədə.

Xatırladaq ki, Azad Həsənov 2014-cü ildən siyasi mühacirətdədir. Oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin növbəti gün saxlanılıb. Ona qarşı CM-in

234.4.3-cü maddəsi (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) ilə cinayət işi açılıb. Oktyabrın 12-də məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.

Hüquq müdafiəçiləri A.Həsənovu siyasi məhbus kimi tanıyıblar.

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az