[:az]Evdən çıxarılan ”Sovetski” sakinlərinə həbs cəzası verilib[:]

tərəfindən Gozetci

[:az]Sakinlər polisə müqavimət göstərməkdə ittiham olunurlar

Dekabrın 24-də Yasamal Rayon Məhkəməsində Bakının “Sovetski” ərazisinin sakinlərinin məhkəməsi olub.

Hakim Hüseyn Səfərovun sədrlik etdiyi proses qapalı keçirilib. Prosesdə dekabrın 22-də ərazidə yaşanan insidentdə iştirak edən polislər də ifadə verib.

Məhkəmə qərarı ilə Namiq və Tofiq Cəfərovlara, həmçinin Bəxtiyar Rəsulova polisə müqavimət ittihamı ilə 10 günlük həbs cəzası verilib.

“Bizimkilər həm döyüldü, həm də həbs olundular. Bizi məhkəmədə içəri buraxmadılar. Vəkilə də heç imkan verməyiblər ki, uşaqların aldığı xəsarətləri danışsın”,- həbs edilən Tofiqin atası Natiq Cəfərov Meydan TV-yə deyib.

Təqsirləndirilənlərin vəkili isə onların müdafiə hüququnun təmin olunmadığını deyib:

“Çıxışa icazə verilmədi. Protokolun heç bir sübutu, əsası yox idi. Şəxsləri polisin qanuni tələbinə tabe olmamaqda ittiham edib tutublar. Amma polisin nə tələb etdiyi barədə heç nə deyilmədi. Polisin tələbinin qanuni olub-olmaması araşdırılmadı. Formal olaraq, məhkəmə keçirildi və şəxslər cəzalandırıldı”.

Dekabrın 22-i axşam saatlarında keçmiş Sovetski ərazisində sakinlərlə icraçılar arasında insident yaşanıb.

Ailə üzvləri danışır ki, Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri və polislər onların evinə zorla daxil olub və sakinlərə xəsarət yetirib. Daha sonra 5 nəfər polisə müqavimət ittihamı ilə 26 saylı polis bölməsinə aparılıb.

Yasamal Rayon İcra Hakimiyyətindən məsələdən məlumatsız olduqlarını bildirərək, Meydan TV-ni Köçürülmə Komissiyasına yönləndiriblər.
Köçürülmə Komissiyasının əməkdaşı da əksini iddia edib:

“Biz köçürülmə işinə baxırıq, ancaq köçürülənlərə pul veririk. Başqa heç nə etmirik”.

Cəfərovlar ailəsi Yasamal Rayon Məhkəməsinin qərarından Apelyasiya şikayəti verəcək.

Daxili İşlər Nazirliyinin əməkdaşı Orxan Mansurov gün ərzində məsələni araşdırıb məlumat verəcəyini desə də, telefonunu açmayıb.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az