[:az]Ə.Sadıqbəyli ev dustaqlığına buraxılmadı[:]

tərəfindən Gozetci

[:az]Səbail Rayon Məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılmasına razı olmayıb. Məhkəmə bu gün, dekabrın 7-də müsavatçı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunması barədə vəkillərinin vəsatətinə baxıb.

Vəkil Osman Kazımov Turan-a deyib ki, Ə.Sadıqbəylinin istintaqdan yayına biləcəyi əsası ilə vəsatət rədd edilib. Vəkilin fikrincə, müsavatçının istintaqdan yayınacağı qənaətinə gəlmək üçün heç bir qanuni əsas yoxdur.

O.Kazımovun sözlərinə görə, məhkəməyə müsavatçının vurduğu iddia edilən ziyanın ödənilməsini təsdiqləyən sənəd də təqdim olunub. Ancaq Sәbail Rayon Mәhkәmәsinin hakimi Mədinə Bağırova onu təmin etməyib.

«Əbülfəz Sadıqbəyli heç bir cinayət əməlinə yol verməyib. Məhkəmənin qərarını aldıqdan sonra hüququ addımlarımızı davam etdirəcəyik», – vəkil qeyd edib.

Xatırlatma
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.

İttihama görə, müsavatçı «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditlə aldığı «Niva» markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.

Ə.Sadıqbəyli ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az