[:az]Jurnalistin apellyasiya şikayəti təmin edilməyib[:]

tərəfindən Gozetci

[:az]Noyabrın 30-da Bakı Apellyasiya Məhkəməsi azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqlının 30 sutka inzibati həbsə məhkum edilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib.

Jurnalist noyabrın 27-də Qarabağ münaqişəsi zamanı döyüşlərdə həlak olan şəxslərin ailələrinin nümayəndələrinin Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası zamanı çəkiliş apararkən saxlanılıb. Polisin məlumatına görə, o, səs salıb, asayişi pozub, ona irad bildiriləndə tabe olmayıb.

Bu günkü proses zamanı müdafiə tərəfi Prezident Administrasiyasının ətrafındakı müşahidə kamerasından qeydlərin götürülməsi, etiraz aksiyası zamanı çəkiliş aparan və saxlanmanı görən jurnalistlərin dindirilməsinə dair vəsatət qaldırıb. Lakin hakim vəsatətləri təmin etməyib.

Ə.Sadıqlı polisin protokolunda yazılanları və Səbail rayon Məhkəməsinin qərarını yalan adlandıraraq qeyd edib ki, onu qəflətən mülki geyimli şəxslər saxlayaraq zorla maşına oturdub. Sonra Səbail Rayon Polis İdarəsinə apararq protokol tərtib edib, məhkəməyə göndəriblər. O, Apellyasiya Məhkəməsindən həbs barədə qərarın ləğvini xahiş edib. Lakin hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ə.Sadıqlı deyib ki, artıq Avropa məhkəməsində onun əvvəlki işlər üzrə üç şikayəti var, indi dördüncünü göndərəcək.

 

AMERİKANIN SƏSİ[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az