[:az]Məhkəmə İkram Rəhimovu həbsdə saxlayıb.[:]

tərəfindən Gozetci

[:az]Səbayel Rayon Məhkəməsi realliq.info saytının redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.

Onların sözlərinə görə, proses zamanı İ.Rəhimov bildirib ki, heç bir cinayət törətməyib, istintaqdan yayınmaq niyyəti yoxdur. O, məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib.

İ.Rəhimov deyib ki, barəsində heç bir istintaq hərəkəti aparılmayıb.

İ.Rəhimovun yaxınlarının sözlərinə görə, məhkəmənin qərarından apellyasiya instansiyasına şikayət veriləcək.

Bundan öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirmişdi ki, İ.Rəhimovun jurnalist adı altında vətəndaşları onların barəsində gözdən salacaq materiallar dərc etməklə hədələyərək pul etməsi ilə bağlı çoxsaylı şikayətlər araşdırılıb. Məhkəmə qərarı əsasında keçirilmiş operativ tədbirlər nəticəsində İ.Rəhimovun çoxsaylı cinayətkar hərəkəti öz təsdiqini tapıb, DTX bildirib.

İkram Rəhimov CM-in 182.2.1-ci və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə həbs olunub.

REPORT[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az