[:az]Gəncədə yaşayış binasında partlayış olub. [:]

tərəfindən Gozetci

[:az]Çərşənbə axşamı səhər saatlarında Gəncədə yaşayış binasında partlayış baş verib. FHN-in məlumatına görə, partlayışın səbəbi qaz sızmasıdır.

Nəticədə üç blokdan ibarət olan yaşayış binasının bir bloku tamamilə uçub, xəbəri yerli “Kəpəz TV” telekanalı yayıb.

FHN-in xilasediciləri dağıntıların altından zərərçəkmişləri çıxarır. Mənbənin məlumatına görə, bir nəfərin cəsədi aşkar edilib. Bu, 1994-cü il təvəllüdlü Cümə Cüməzadədir. Həmçinin, 21 yaşlı Orxan Məmmədli dağıntıların altından xilas edilib.

FHN yaşayış binasının dağıntıları altında qalanların axtarışı və xilas edilməsi üçün Bakıdan əlavə xilasedici və kinoloq briqadaları göndərib

Saat 11:30-a olan məlumata görə, Gəncədə yaşayış binasının dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb. Bu, 1971-ci il təvəllüdlü Nigar Tağıyeva və 1994-cü il təvəllüdlü Hüseyn Heydərovdur.

Beləliklə, dörd mərtəbəli yaşayış binasında partlayış nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

FHN başçısı Kəmaləddin Heydərov partlayış yerinə gəlib, o, xilasetmə işlərinin aparılmasına rəhbərlik edir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az