[:az]Amerikalı diplomat Əli Kərimli ilə bağlı çağırış etdi[:]

tərəfindən Gozetci

[:az]Riçard Kozlariç: “Əli Kərimlinin həbsi iyrənc hadisədir”

1990-cı illərdə ABŞ-ın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmiş nüfuzlu diplomat Riçard Kozlariç özünün feysbuk səhifəsində AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirib. Amerikalı diplomat bunu “iyrənc hadisə” adlandırıb:

“Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil. Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram”.

Azadlıq

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az